EMPRO - Tədrisin İdarəetmə Sistemi
SİNAM şirkətinin istehsal etdiyi EMPRO sistemi universitetlərin, akademiyaların, kolleclərin və digər tədris müəssisələrin təlim-tədris fəaliyyətlərinin planlı surətdə həyata keçirilməsinə imkan yaradır.
EMPRO sistemi tədrisin idarə edilməsinə dair bütün prosesləri dəstəkləyir. Müxtəlif tələblərə cavab verən proqram dizaynı, fərdi komponentlərin sərbəst qoşula bilməsi, konfiqurasiya parametrlərinin fərdiləşdirilə bilməsi, asan inteqrasiya, eləcə də saysız-hesabsız funksiyaların mövcudluğu EMPRO sistemini əvəzolunmaz edir. EMPRO sistemi vasitəsilə bütün tədris fəaliyyətlərini vahid, mərkəzi tədrisin idarəedilməsi sistemində birləşdirmək mümkündür.
Biznes-proseslərin inteqrasiyası resurslara qənaət etmək və tədris strategiyalarının effektiv şəkildə həyata keçirilməsi üçün əsas şərtlərdən biridir. EMPRO sistemi bütün tədris fəaliyyətlərini asanlıqla müəssisə ətrafında birləşdirir. Bizim missiyamız təlim və tədrisi asanlaşdırmaq, eyni zamanda ən mürəkkəb tədris ssenarilərini və inzibati prosesləri kompüterləşdirməkdən ibarətdir.
Biz EMPRO sistemini təqdim etməklə bütün ehtiyaclarınıza cavab verən tədris həllərini təklif edirik.
EMPRO sisteminin çox sayda istifadəçisi var. Bu sistem əsasən universitetlər, akademiyalar,kolleclər və digər təlim-tədris müəssisələri tərəfindən geniş şəkildə istifadə olunur.
EMPRO sistemi vasitəsilə aşağıdakı elementləri asanlıqla təşkil etmək imkanı əldə edəcəksiniz:
- Təhsil müəssisələrinin idarə edilməsi;
- Tədrisin məzmununun idarə edilməsi;
- Tədris prosesinin idarə edilməsi;
- Yoxlama və qiymətləndirmə;
- Virtual sinif otaqları;
- Səyahət və işgüzar səfərlər zamanı mobil tədris.
EMPRO sisteminin hazırda 10 minlərlə istifadəçisi var. Onun intuitiv interfeysi, inteqrasiya imkanı və müxtəlif tələblərə cavab verməsi universitetlər, akademiyalar, kolleclər və digər təhsil müəssisələri tərəfindən geniş şəkildə istifadə olunmasının başlıca səbəbidir. 24/7 rejimində yüksək səviyyəli texniki dəstək, sistemin əsas üstünlüklərindəndir.