Azenru

2014-cü ildə Mərkəzləşdirilmiş Avtomatlaşdırılmış Radiomonitorinq Şəbəkəsinin yaradılmasına səkkiz milyon manat sərf olunub.

Layihə SINAM şirkətinin dəstəyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi tərəfindən həyata keçirilir. Ayrılmış vəsait hesabına Mehdiabad, Yeni Günəşli və Sahil qəsəbələrində stasionar radiomonitorinq məntəqələri yaradılıb və mobil radiomonitorinq stansiyası alınıb.

Hal-hazırda SINAM şirkəti Mehdiabad, Yeni Günəşli və Sahil qəsəbələrində radiomonitorinq avadanlıqlarının və mobil radiomonitorinq stansiyasının quraşdırılması ilə əlaqədar işləri başa çatdırıb. Eyni zamanda göstərilən məntəqələrdə rəqəmli və analoq televiziya və radio yayımları üçün vizual nəzarət sistemi də tətbiq edilib. Stasionar və mobil stansiyaların təchizatı vahid avtomatlaşdırılmış monitorinq şəbəkəsində birləşdirilib.

Layihə çərçivəsində ötürücü radiostansiyalar üzrə texniki parametrləri əks etdirən məlumat bazası yaradılır. Bu, tezliklərin koordinasiyası və planlaşdırılması, verilməsi və təyin edilməsi, zonaların ayrılması, radiotezlik spektrinin idarə edilməsi, radiomonitorinqin nəticələrinin analiz edilməsi və s. kimi funksiyaları icra etməyə imkan verəcək.

Layihənin icrası ilə əlaqədar olaraq SINAM şirkəti TCI International, Keysight technologies, ATDI, Romsat, Streamlabs kimi xarici şirkətlərlə, o cümlədən yerli Qartal şirkəti ilə əməkdaşlıq edir.

Seçmə Proqram Təminatı

Partnyorlarımız