Azenru

Büdcə Məlumat İdarəetmə Sistemi proqram təminatının ilkin təqdimatı

25-09 - 26.09.2024-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Naxçıvan Muxtar Respublikasının büdcəsinin tərtibində istifadə ediləcək avtomatlaşdırılmış Büdcə Məlumat İdarəetmə Sistemi proqram təminatının ( BMİS PT) ilkin təqdimatı üçün Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin mərkəzi aparatı və yerli maliyyə orqanlarının əməkdaşları ilə görüş keçirilmişdir.

Görüşün ilk günü BMİS PT büdcə xərclərinə dair sifariş sənədlərinin və gəlirlər üzrə proqnoz sənədlərinin alt qurumlardan qəbul edilərək hazırlanması və Naxçıvan MR Maliyyə Nazirliyinin müvafiq şöbələrinə təqdim edilməsi, icmallaşdırılması və eyni zamanda Naxçıvan MR-da tərtib edilərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi prosesi haqqında danışıldı və sistemin mövcud funksionallıqları real rejimdə SİNAM MMC-nin işçi qrupunun nümayəndəsi, maliyyə analitiki Tural Nəsibli tərəfindən təqdim edildi. Görüşlər zamanı texniki suallar və təkliflər ilə bağlı SİNAM MMC-nin işçi qrupunun nümayəndəsi, baş proqramçı Fərid Səmədov sualları cavablandırdı.

Görüşün ikinci günündə Müəssisə Resurslarının Planlaşdırılması (SERP) sisteminin təqdimatı üçün Naxçıvan MR Maliyyə nazirinin müavini Elvin Əlimərdanov və Nazirliyin Mərkəzi aparatının əməkdaşları ilə görüş həyata keçirilmişdir.

Görüş zamanı SİNAM MMC – nin işçi qrupunun nümayəndəsi, analitik qrupunun rəhbəri Fariz Cəfərov tərəfindən FARABİ layihəsi, layihə çərçivəsində yaradılmış SERP sisteminin tarixi, mərhələləri, sistemdən istifadə edən qurumlar, sistemi əsas modulları haqqında məlumatlar verildi. Görüş zamanı yaranmış suallar və təkliflər ilə bağlı görüş iştirakçılarının sualları cavablandırılmışdır.

 

Xəbərlər

Seçmə Proqram Təminatı

Partnyorlarımız