Azenru

1994-cü ildən SINAM şirkəti qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından (İKT) istifadə etməklə hökumət və özəl sektorda transformasiya layihələrini həyata keçirir. Təxminən iki onillik ərzində Şirkət öz müştərilərinə idarəetməni təkmilləşdirmək, əməliyyat səmərəliliyini artırmaq və maliyyə nəticələrini artırmaqda kömək etmişdir.

Bu gün SINAM Transxəzər regionunda elektron transformasiya və elektron hökumət xidmətlərində bazar lideridir; faktiki olaraq, o, regionun informasiyalaşdırılmasında mühüm rol oynamışdır.

Transxəzər bazarında zəngin təcrübə əldə edərək, SINAM yeni bazarlara çıxmağa hazırdır. Gələcək inkişaf strategiyası Gürcüstan, Qırğızıstan, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və ABŞ-da yaradılmış ofislər şəbəkəsi tərəfindən dəstəklənir.

SİNAM öz fəaliyyətini daim təkmilləşdirməklə onu beynəlxalq standartların tələblərinə uyğunlaşdırır, bu isə şirkətin istehsal etdiyi məhsulların və göstərdiyi xidmətlərin təhlükəsizliyinə, etibarlılığına və keyfiyyətinə zəmanət deməkdir. Təsadüfi deyildir ki, 02 dekabr 2005-ci il tarixində SİNAM ISO 9001:2000 standartı üzrə sertifikasiyadan uğurla keçmiş, hal-hazırda ISO 9001:2015 sertifikatına sahibdir. Bundan başqa, şirkətimiz informasiya təhlükəsizliyinin menecmenti üzrə 2016-cı ildə sertifikasiyadan keçmiş və hazırkı anadək bu standartın daşıyıcısıdır.

SİNAM şirkətinin bazardakı mövcud mövqeyi genişlənməyə və qlobal bazara daxil olmağa kömək etdi. Bu mövqe, bir neçə ticarət yarmarkasında, o cümlədən çox iştirakçı cəlb edən CeBIT 2005 (Hannover, Almaniya), həmçinin ITU World Telecom 2009 (Cenevrə, İsveçrə), GITEX 2006-2012 (Dubay, Birləşmiş Ərəb Əmirlikləri), Expocomm 2006 sərgilərində (Moskva, Rusiya) nümayiş etdirilmişdir, 2003-cü ildən isə illik BakuTel tədbirində (Bakı, Azərbaycan).

Missiyamız. Transxəzər Regionunda İKT üzrə aparıcı şirkət olmaq, innovasiyalı və relevant İKT həlləri ilə bağlı təcrübəmizi iftixarla dünyaya yaymaq. Şirkətin fəaliyyəti regionun müxtəlif təşkilatlarında biznes proseslərinin effektivliyinin artırılması və optimallaşdırılması, eləcə də dövlət idarəçiliyinin və cəmiyyətdə informasiya mübadiləsinin təkmilləşdirilməsi istiqamətinə yönəldilmişdir.

SINAM-ın gəlir yaradan vahidləri aşağıdakılardır:

  • Sistemlərin İnteqrasiyası və Proqramlaşdırma Departamenti: Qabaqcıl proqram təminatının və Veb əsaslı həllərin dizaynı, inkişafı və tətbiqi;
  • Texniki təminat şöbəsi: Kompüter şəbəkələrinin və kabel sistemlərinin quraşdırılması və texniki xidməti; satışdan sonrakı dəstək (zəmanət və zəmanət sonrası); müştəri qaynar xətti;
  • Satış şöbəsi: Bazarın inkişafı; Avropa, Asiya və Şimali Amerikada ən yaxşı istehsalçı və təchizatçıların avadanlığından istifadə edərək proqram təminatı və aparat həllərinin tətbiqi və inteqrasiyası; Proqram təminatının lokallaşdırılması.

Xəbərlər

Seçmə Proqram Təminatı

Partnyorlarımız