Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi
Sistem Oracle Server Enterprise Edition v9.i server idarəetmə bazasının kliyent-server texnologiyası əsasında yaradılmışdır. Sistemin kliyent hissəsi Windows əməliyyat sistemləri üzərində qurulmuşdur və Azərbaycan dilində rahat istifadəçi interfeysinə malikdir. UNICODE standartı əsasında hər hansı digər dil dəstəklənə bilər.
Avtomatlaşdırılmış Gömrük Təmizləmələri və Nəzarəti Sistemi
Sistem gömrük məntəqələrində lokal verilənlər bazası yaradılır. Lokal verilənlər bazaları isə Dövlət Gömrük Komitəsinin vahid mərkəzi məlumat sisteminə ixrac edilir. Sistem sənədləşmə, nəzarət və yük gömrük bəyannamələrinin qeydiyyatı proseslərini avtomatlaşdırmağa imkan verən proqram modullarından ibarətdir. Proqram təminatının kliyent hissəsi iki əsas baş moduldan - "Broker" və "Gömrük orqanı" - ibarətdir.
"Broker" modulu gömrük qanunvericiliyinə və qaydalarına əsasən elektron sənəd yaradır. Proqrama daxil edilmiş qaydalardan əlavə istifadəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin normativ-hüquqi bazası üzərində yaradılmış informasiya sisteminin onlayn rejimdə işləyən informasiya kioskundan istifadə edə bilər.
"Gömrük orqanı" modulu elektron sənədin çoxmərhələli yoxlamasını həyata keçirir. Hər istifadəçinin fəaliyyəti sənədin statusu, mərhələlərin növbələşməsi və istifadəçinin hüquqları ilə müəyyən edilir. Elektron sənədin ötürülməsi hər mərhələdə qəbul edilən qərardan asılıdır. Müfəttişlərin şərhləri və qərarları səhvlər protokoluna yazılır və bəyannamələrin düzəlişi zamanı brokerlərə çatdırılır.
Sistem gömrük bəyannamələrinin qeydiyyata alınmasının və yoxlanmasının şəffaflığını monitorinq vasitəsilə təmin edir. Qeydiyyata alınan bəyannamələrin hansı mərhələdə olduğuna nəzarət etmək imkanı mövcuddur.
Hüquq Pozuntularının Uçotu və Nəzarəti Sistemi
Hüquq pozuntularının uçotu və nəzarəti sistemi (Anti-Smuggling) verilənlər bazası regional gömrük orqanlarında və Dövlət Gömrük Komitəsinin mərkəzi məlumat sistemində yerləşən informasiya sistemidir. Bu sistemin tətbiqi proqram təminatı gömrük pozuntularının qeydiyyatı, uçotu və təhlili üçün nəzərdə tutulmuşdur. Tətbiqi proqram təminatının kliyent hissəsi məlumatın regional verilənlər bazasına daxil edilməsini, məlumatların statistik analizini, hüquq pozucularına qarşı görülmüş tədbirlərin uçotunu həyata keçirir. Məlumatın daxil edilməsi zamanı onun gömrük orqanlarının məlumat bazası ilə uyğunluğu yoxlanılır. Sistemdə narkotik maddələrin, qaçaqmalçıların və valyutaların ölkəyə daxil olması baxımından təhlükəli olan idxalçı, ixracatçı, ölkə, nəqliyyat və mal qruplarını müəyyən edən informasiya təhlili həyata keçirilir. Təhlilin nəticəsi hesabat generatoru vasitəsilə formalaşdırılan parametrlər əsasında və ya standart formada hesabat kimi təqdim olunur.Anti-Smuggling system is the database and software for Automated Registration and Control of Customs Law Violations. This System is a basis for Risk Management System. Report Generator also was created within this system.
Automated System of Registration and Control of Offenses is the information system with local databases in regional posts and central database in the State Customs Committee. Additional software was developed for registration and analysis of customs law violations. Data analysis is realized in the system and groups of dangerous importers, exporters, countries, transport and goods are determined at the result of it. Analysis results are achieved as reports either in standard forms or in optional according to parameters formed by report generator.
Müvəqqəti Saxlama Anbarı
Gömrük terminalının uçotu və nəzarəti sistemi Oracle verilənləri idarəetmə serveri üzərində yaradılmış informasiya sistemidir. Proqramın Dövlət Gömrük Komitəsi üçün işlənib hazırlanmasına baxmayaraq, müvəqqəti saxlama anbarları olan müxtəlif müəssisələrdə avtomatlaşdırılmış uçotun aparılması üçün də istifadə oluna bilər.
Sistem terminal ərazisinə daxil olan bütün nəqliyyat vasitələrinin uçotunu təmin edir. İçərisində mal olan nəqliyyat vasitələrinə müəyyən dayanacaq təklif edilir. Sistem özü dayanacaqların vəziyyəti, nəqliyyat vasitələrinin sayı haqqında məlumatı təhlil edir. Proqram təminatı başqa təşkilatların tələblərinə uyğunlaşdırıla bilər.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində informasiya-kommunikasiya texnologiyaları üzrə layihələr 1999-2001-ci illər ərzində həyata keçirilmişdir. SİNAM şirkəti layihə çərçivəsində ölkə ərazisində gömrük sistemi üçün məlumatların ötürülməsi üzrə infrastruktur yaratmış və idarəetmə sistemində İKT-nin tətbiqi üzrə fəaliyyətlər həyata keçirmişdir