Azenru

Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi


KÖMİS xidmət şirkətlərinin, məsələn, kommunal xidmətlər, telefon şirkətlərinin xidmətləri və s. kimi xidmət haqlarının ödənilməsi xidmətinin göstərilməsi üçün işlənib hazırlanmışdır.

Bu sistemin tətbiq edilməsi ilə ödənişlər bütün banklarda, poçt şöbələrində, bankomatlarda, ödəmə məntəqələrində və İnternet vasitəsilə qəbul edilə bilər ki, bu da abunəçilərə rahat xidmət etməyə imkan verər və nəticədə ödənişlərin yığımı ilə bağlı göstərici artar.

İnformasiyanın yoxlanılması və qorunması məqsədi ilə banklar üçün ödəniş məbləğlərinin uyğunlaşdırılması, verilənlərin kodlaşdırılması (SSL), elektron imzadan istifadə kimi müxtəlif mexanizmlər tətbiq edilir.

Bankların, xidmət şirkətlərinin və informasiya mübadiləsinin başqa iştirakçılarının baş ofisləri ayrılmış şəbəkə vasitəsilə bir-birləri, sonra da öz filialları və rayon şöbələri ilə birləşdirilirlər.

Aşağıdakı sxemdə KÖMİS sisteminin strukturu əks etdirilmişdir:

Sistemin istismarının başlanmasından əvvəl iştirakçı təşkilatlar (kommunal və ya başqa xidmət şirkətləri, bütün filialları ilə birlikdə banklar, poçt şöbələri, kart emalı mərkəzləri) qeydiyyatdan keçirilir. Sonra xidmət şirkətləri öz abunəçilərindən və onların borclarından ibarət siyahıları XML faylları şəklində göndərir. Bu informasiya inteqrasiya sisteminin köməyi ilə məlumat bazasına yüklənilir. Bundan sonra, sistem abunəçilərin kütləvi şəkildə qoşulmasına və onların ödənişlərini qəbul etməyə hazır olur. Abunəçilərin borclarında və abunəçi siyahılarında aparılmış dəyişikliklər haqqında informasiya xidmət şirkətlərindən lazımi tezliklə mütəmadi şəkildə daxil olur.

Abunəçi KÖMİS sistemindən istifadə etmədən əvvəl sistemdə qeydiyyatdan keçməlidir. Sistemdə qeydiyyatdan keçdikdən sonra o, aşağıdakıları edə bilər:

  • Öz ödəniş tarixçələrinə və hesablarının vəziyyətinə baxmaq;
  • Kommunal şirkətlərin hesabları üzrə ödənişləri yerinə yetirmək, kommunal şirkətlərdəki hesablarını doldurmaq, eləcə də, bank kartlarından istifadə etməklə ödənişləri həyata keçirmək;
  • Ödənişlər haqqında qəbz çap etmək;
  • Borcun cari məbləğinin göstərildiyi qayimənin daxil olması haqqında elektron poçtla və ya SMS vasitəsi ilə xəbərdarlıq almaq.

 


Sistem ödənişlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuş müxtəlif alətlər dəstindən ibarətdir:

  1. “Ödəniş operatoru APM-i” – Interactive Payment Window – veb-brauzer vasitəsi ilə bilavasitə KÖMİS serverinə qoşulmaqla nağd şəkildə və ya kart vasitəsi ilə edilən ödənişlərin qəbul edildiyi bank operatorlarının, poçt və ya başqa maliyyə təşkilatlarının iş yeridir. 

    POS-terminalların qoşula bildiyi IPW funksiyalarına abunəçilərin və onların ardıcıl ödəniş edəcəyi hesabların ilkin qeydiyyatı daxildir. Qeydiyyat zamanı abunəçiyə bütün xidmət şirkətlərinin hesablarının ödənişi üçün vahid qeydiyyat kodu verilir. Qeyd etmək lazımdır ki, bir kodla eyni şirkətin birneçə hesabını əlaqələndirmək olar, məsələn, abunəçinin iki mənzili və ya 2 telefon nömrəsi olduğu halda buna ehtiyac yaranır. Gələcəkdə IPW iş yeri ilə təchiz edilmiş istənilən müəssisədə abunəçi borcları istər təqdim edilmiş qayimə əsasında, istərsə də ilkin ödəniş şəklində nağd ödəyə biləcək, müəssisədə qoşulmuş POS-terminal olduğu halda isə ödənişlər kart vasitəsi ilə həyata keçiriləcək.

    Sistem istifadəçiləri kimi qeydiyyatdan keçməmiş abunəçilər kommunal şirkətdəki kodlarını bildikləri halda, onların ödənişləri də qəbul edilə bilər.

  2. Ödənişlərin İnternet üzərindən kredit kartı vasitəsi ilə abunəçinin özü tərəfindən (Self-Service) həyata keçirilməsi;

    Sistemdə qeydiyyatdan keçərək bütün kommunal və başqa xidmət şirkətləri üçün vahid qeydiyyat kodu almış abunəçi eyni zamanda internet saytında qeydiyyatdan keçmiş olur (bu kod həm də abunəçinin ödəniş portalına daxil olması üçün lazım olan istifadəçi adıdır) və o, gələcəkdə internet vasitəsi ilə müstəqil surətdə öz ödənişlərini həyata keçirə və borclarına baxa bilər. Bu xidmətin reallaşdırılması kart emalı mərkəzlərinin saytlarla inteqrasiyası vasitəsi ilə həyata keçirilir.

  3. Ödənişlərin bankomat vasitəsilə həyata keçirilməsi;

    Ödənişlərin bankomatlar vasitəsilə həyata keçirilməsi ATM və kart emalı mərkəzləri arasında əlaqənin mövcudluğu nəticəsində mümkün olur. İki variant mümkündür – borclara baxış və ödəniş üçün hesabın sərbəst seçilməsi və ümumi ödəniş məbləğinin mövcud borclar üzrə avtomatik şəkildə bölünməsi.

  4. Ödənişlərin ödəmə terminallarının köməyi ilə nağd şəkildə və ya kredit kartları vasitəsi ilə həyata keçirilməsi

    Ödənişlərin toplanmasını ödəmə terminallarının köməyi ilə həyata keçirməyi arzu edən müxtəlif hüquqi şəxslər iştirakçı kimi sistemdə qeydiyyatdan keçməli və bank hesabına malik olmalıdır. Bu terminallarda qeydiyyatdan keçmiş istər nağd, istər kart vasitəsi ilə, istərsə də onlayn rejimdə həyata keçirilmiş ödənişlər sistemin məlumat bazasına yazılır və onlar haqqında informasiya dərhal xidmət şirkətinə, ödəniş məbləğləri isə ən qısa zamanda onların bank hesablarına çatdırılır.

  5. Ödənişlərin bank hesabından edilməsi;

    Bank hesabından ödəniş bu bankın elektron bankinq sistemi ilə inteqrasiyası sayəsində və həmçinin hesabın birbaşa debetə yazılması haqqında bankla imzalanmış müqavilənin olması halında edilə bilər.

  6. Pulların kommunal xidmətlər (elektriklər, qaz və s.) üçün nəzərdə tutulmuş smart kartlara yüklənməsi.

Son zamanlar daha çox yayılan, kommunal xidmətlər üçün nəzərdə tutulmuş və əvvəlcədən doldurulan kartlarla işləyən smart sayğaclar üçün də rahat xidmət təmin edilmişdir, belə ki, KÖMİS sistemində edilmiş ödəniş avtomatik olaraq sayğacın kartına yüklənilir. Bu məqsədlə, belə kartların oxunmasını IPW qurğusu ilə əlaqələndirmək lazımdır.

Seçmə Proqram Təminatı

Partnyorlarımız