Azenru

SINAM CİS verilənlər bazası

Həllin təyinatı

  • CİS verilənlərinin toplanması və saxlanması üçün nəzərdə tutulub.
  • Coğrafi verilənlərin toplanması və idarə edilməsi üçün nəzərdə tutulub.
  • 6 ildən artıqdır, istifadə olunur.

Xəritə nümunələri

Yaşayış məntəqələri (Azərbaycan)                              Yollar, göllər, yaşıllıq əraziləri (Azərbaycan)

 

İnzibati bölgü (Azərbaycan və Gürcüstan)                              Torpaqdan istifadə (Bakı)

Fayl formatları

Verilənlər bazaları aşağıdakı formatlarda çıxışı dəstəkləyir:

  • ESRI Personal Geodatabase – Azərbaycan dili simvollarından ibarət UNICODE sətrini saxlamaq imkanı ilə əlaqədar olaraq üstünlük verilən formatdır.
  • ESRI Shape (SHP / UTF-8/ daxil olmaqla) – Populyarlıq baxımından üstünlük verilən formatdır.
  • ESRI XML Record set və Workspace – Azərbaycan dili simvollarından ibarət UNICODE sətrini saxlamaq imkanı ilə əlaqədar olaraq giriş-çıxış üçün XML-ə əsaslanan formatdır.
  • Custom Formats – Naviqatorlar, izləmə qurğuları və başqa alətlər üçün spesifik formatlardır.
  • Coğrafi genişlənməyə malik SQL (WKT formatları) – Coğrafi genişlənməni dəstəkləyən verilənlər bazaları üçün istifadə edilə bilər.

Koordinat sistemi və vahidləri

CİS verilənlərinin dəqiq emalı üçün Transverse Mercator-a əsaslanan spesifik lokal metrik proyeksiya və WGS84 sferoidindən istifadə edilir.

Daxiletmə məlumatları aşağıdakı proyeksiyalarda ola bilər:

  • WGS84 en dairəsi / uzunluq dairəsi;
  • UTM;
  • Keçmiş SSRİ (Gauss Krueger, Krasovsky sferoidi);
  • İstənilən dəstəklənən ESRI ArcGIS proyeksiyaları.

Mətnin kodlaşdırılması – Mümkün olduqca Unicode (UTF-8) istifadə edilir.

Adlar 5 dildə verilir – Azərbaycan, ingilis, gürcü, rus və türk.

Yollar və yol şəbəkəsi

Avtomobil yolları aşağıdakı tiplər əsasında strukturlaşdırılıb:

  • Avtomagistrallar;
  • Şose;
  • Yerli əhəmiyyətə malik yollar;
  • Sahə yolları;
  • Torpaq yollar;

Avtomobil yolları marşrutların axtarışı və coğrafi kodlaşdırmada istifadə edilmək üçün nəzərdə tutulmuş kompleks atributlarla strukturlaşdırılıb:

  • Təsviri atributlar;
  • Naviqasiya şəbəkəsi atributları;
  • Məhdudlaşdırıcı atributlar;
  • Ünvanlandırma atributları;
  • Şəbəkə və alt şəbəkələrin strukturları.

  • Vektor xəritələr üçün aşağıdakılar üzrə məlumatlardan ibarətdir:

    • Turizm obyektləri, təhsil müəssisələri, tibb və ticarət məntəqələri, təsvirləri, şəkilləri, ünvanları və əlaqə məlumatları ilə birlikdə nəqliyyat daxil olmaqla əhəmiyyətli yerlər;
    • İnzibati bölgü strukturu və inzibati ərazinin sərhədləri;
    • Şəhərlər, qəsəbələr, kəndlər və s.
    • Binalar və küçə ünvanları;
    • İnfrastruktur, təsvirlər və yol hərəkəti qaydaları daxil olmaqla avtomobil yolları şəbəkələri;
    • İctimai nəqliyyat, piyada və turistlər üçün atlı marşrutları daxil olmaqla marşrutlar;
    • Su sahələri, yaşıllıq ərazilər;
    • Dəmir yolları;
    • Torpaqdan istifadə (müəyyən ərazilərdə).

    Vektor xəritələr üçün aşağıdakılar üzrə məlumatlardan ibarətdir:

    • Azərbaycan;
    • Gürcüstan;
    • Türkiyə;
    • Xəzər dənizi (dərinliklərin və əhəmiyyətli yerlərin göstərilməsi ilə);
    • Qara dəniz (yalnız su sahəsi).

    Rastr xəritələr üçün məlumatlardan ibarətdir:

    • Azərbaycan;
    • Gürcüstan.

    Aşağıdakılar üçün informasiya təmin edir:

    • GoMap.az və GoMap.ge internet portalları;
    • Yollar.Az GPS izləmə xidmətləri;
    • Yollar.Az portativ naviqasiya qurğuları;
    • Torpaqdan istifadə registri;
    • Nəqliyyat sistemləri registri;
    • Başqa müştərilər.
  • Həllin üstünlüklərinə aşağıdakılar daxildir:

    • Çoxdilli verilənlər bazası;
    • Aşağıdakılar üzrə analoji strukturda inteqrasiya olunmuş ətraflı xəritələrin məzmunu:
      • Azərbaycan;
      • Gürcüstan;
      • Türkiyə;
    • Böyük xəritələr üçün bu verilən strukturu geniş tətbiq imkanları açır.
    • Aşağıdakılar üçün xüsusi kompleks verilən modelləri:
      • İnzibati bölgü və küçələrin ünvanlandırılması;
      • Yol hərəkəti qaydaları daxil olmaqla yol şəbəkələri;
    • Böyük həcmli verilənlər formatlarını dəstəkləyir.

    Həllin arxitekturası

    Aşağıdakılar daxil olmaqla kliyent / serverin arxitekturası:

    • 2 CİS serveri;
    • 18 ArcMap iş stansiyası;
    • 2 peşəkar MapInfo iş stansiyası.

  • Vektor xəritə serveri

    Vektor xəritələr üçün verilənlərin saxlanılması və redaktə edilməsini təmin edir.

    • ESRI Arc Server
    • Postgres SQL / Post GIS
    • CentOS Linux Server

    Rastr xəritə serveri

    Rastr xəritələr üçün verilənlərin və kosmosdan çəkilən şəkillərin saxlanılmasını təmin edir.

    • ESRI Arc Server
    • Postgres SQL / Post GIS
    • CentOS Linux Server

    İş stansiyaları

    Vektor və rastr xəritələr üçün verilənlərin redaktə edilməsi və idarə edilməsini təmin edir.

    • ESRI ArcMap
    • MS Windows 7 iş stansiyası

    MapInfo iş stansiyası

    Vektor xəritələr üçün verilənlərin MapInfo formatında saxlanılması və redaktə edilməsini təmin edir.

    • MapInfo Professional
    • MS Windows 7 iş stansiyası

Seçmə Proqram Təminatı

Partnyorlarımız