GPS Monitorinq Sistemi
Azərbaycanda müasir GPS monitorinq sisteminin yaradılması üçün proqram təminatlarının yaradıcılarının müəyyən edilməsi, eləcə də, İnternetlə işləmək, obyekt və ünvanlar üzrə axtarış aparmaq imkanları olan ətraflı Azərbaycan xəritəsinin olması zərurəti meydana çıxdı.Development of modern GPS monitoring system in Azerbaijan faced with the need for defining the suppliers of software and detailed map of Azerbaijan with the ability to work through the Internet and for searching of objects and addresses;
Bununla bağlı olaraq, layihə çərçivəsində aşağıdakı işlər görülmüşdür:
- Proqram təminatı yaradıcılarının seçilməsi və onlarla danışıqların aparılması;
- Server avadanlıqlarının seçilməsi, proqram təminatının quraşdırılması və sazlanması;
- Xəritə ilə bağlı tələblərin müəyyən edilməsi;
- Verilənlərin daxil edilməsi və lazımi formata keçirilməsi üçün işçi prosedura və vasitələrin işlənib hazırlanması;
- Xəritə elementlərinin əks olunması ilə bağlı sazlamaların aparılması;
- Xəritənin serverdə quraşdırılması, onun iş imkanlarının yoxlanılması.
Bu həll aşağıdakı maraqlı xüsusiyyətlərə malikdir:
- Format və proyeksiyaların dəyişdirilməsi;
- Əlaqədar admin bölmə və ünvanlaşdırma;
- Verilənlərin keyfiyyətinin dəyişdirilməsi və yoxlanılması üçün avtomatik sistemin yaradılması;
- Xəritələrin hazırlanması prosesi müntəzəm qaydada müvəffəqiyyətlə davam etdirilməkdədir.