Azenru

Turizm məqsədli GİS

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə onlayn GIS veb-resursunun hazırlanması layihəsi yerinə yetirilmişdir. Bu resursun bütün xidmətləri və verilənləri İnternet istifadəçiləri üçün açıqdır.

Layihə çərçivəsində aşağıdakı işlər görülüb:

  • Proqram və aparat təminatının seçilib quraşdırılması, GİS şöbəsinin yaradılması, sahə araşdırmaları qruplarının təşkil edilməsi;
  • Kosmosdan çəkilən şəkillər, sxemlər, soraqçalar, sahə araşdırmaları nəticəsində əldə edilmiş verilənlər və digər informasiya mənbələrindən istifadə eləməklə, Azərbaycanın ətraflı xəritəsinin yaradılması;
  • www.GoMap.Az kanalı ilə İnternetdə yerləşdirilmiş və informasiyanın qorunması üçün olan müasir vasitələrlə mühafizə edilən müasir və güclü veb-serverin yaradılması;
  • ESRI ArcMAP, ESRI Arc SDE və MS SQL Server Postgre SQL proqram təminatlarının Windows Server və Linux sistemlərində tətbiq edilməsi ilə GİS verilənlərinin emalı üçün klient-server sisteminin yaradılması;
  • Tarixi abidələrin şəkilləri, eləcə də inzibati zona və evlərin ünvanları da daxil olmaqla, coğrafi informasiya sisteminə məlumat daxil etmə;
  • Küçə və yol adlarının (eləcə də xəritədə olan bütün adların) 3 dilə –Azərbaycan, ingilis və rus dillərinə tərcümə edilməsi;
  • Mərkəzi GİS verilənlər bazası və veb server arasında verilənlərin yenilənməsi, sinxronlaşdırılması və replikasiyası;

Layihənin aşağıdakı maraqlı xüsusiyyətləri mövcuddur:

  • Ünvanların daxil edilməsi üçün istifadə edilə biləcək serverə məlumat daxil etmə sisteminin yaradılması;
  • Ünvanlardan ibarət verilənlər bazasının və onun internet istifadəçiləri tərəfindən doldurulması, yenilənməsi və redaktə edilməsi sisteminin yaradılması;
  • Zonalar, inzibati bölgü iyerarxiyası, bina və coğrafi obyektlərin (POI) ünvanları, riyazi yol qrafı və s. də daxil olmaqla informasiya modellərinin yaradılması;
  • “Problemli” ünvanların emalı ilə bağlı unikal təcrübənin əldə edilməsi;
  • Universal interaktiv veb-resursun yaradılması;
  • Veb serverdə VBİS əvəzinə “yastı fayl” modelinin istifadə edilməsi nəticəsində məhsuldarlığın yüksəlməsi;
  • Verilənlərin bütün emal mərhələlərində Azərbaycan dilində olan mətnlərlə bağlı problemin aradan qaldırılması;
  • Verilənlərin keyfiyyətinin dəyişdirilməsi və yoxlanılması üçün avtomatik sistemin yaradılması;
  • GPS, fotokamera və başqa vasitələrdən istifadə eləməklə, verilənlərin yerlərdən (sahə araşdırmaları zamanı) alınması üçün müvafiq metodika və proseduraların işlənib hazırlanması;
  • Coğrafi məlumatların xüsusi parametrlərlə Tranverse Mercator əsasında saxlanılması üçün ixtisaslaşdırılmış proyeksiyanın işlənib hazırlanması.

Seçmə Proqram Təminatı

Partnyorlarımız