Azenru

ASAN Ödəniş sisteminin Hökumət Ödəniş Portalı (HÖP) infrastrukturuna inteqrasiyası

Müştəri/Layihənin müddəti

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi/2014-2015

Layihənin məqsədi

ASAN-da fəaliyyət göstərən dövlət orqanları üzrə ödənişlərin bank və İnternet vasitəsilə qəbulunun və Hökumət Ödənış Portalı vasitsilə ödənişinin təmin edilməsi

Həll

  • ASAN Ödənişin (ASAN Pay) HÖP-lə inteqrasiysını təmin edən proqram təminatı
  • Bankların işçi yerləri üzrə proqram təminatı
  • Administrativ idarəetmə və hesabatlılıq üzrə proqram təminatı

HÖP vasitəsilə ASAN ödəniş prosesinin təsviri

  • Ödəyici və borc məlumatları dəqiqləşdirilir
  • Ödənişin aid olduğu ASAN Xidmət Mərkəzi seçilir
  • Ödənişin avtorizasiyası icra edilir
  • Ödəniş məlumatları ödənişin aid olduğu təşkilatın və ASAN XM-nin informasiya sisteminə göndərilir

Sistemin tətbiqindən alınacaq fayda

  • Müxtəlif təşkilatlar üzrə konsolidə olunmuş şəkildə ödənişlərin qəbulunun həyata keçirilməsi imkanının təmin olunması
  • Ödənışın aparılması üçün ən müasir İKT texnologiyalarının tətbiqi və bunun nəticəsi olaraq asan və təhlükəsiz ödənişin təmin olunması
  • Ödənişi həyata keçirən fiziki və hüquqi şəxslərin vaxt itkisinin azaldılması
  • Nağd pulla ödənişlərin azaldılması üzrə hökumət qərarlarının dəstəklənməsi

Sistem istifadəçiləri

Fiziki və hüquqi şəxslər

Seçmə Proqram Təminatı

Partnyorlarımız