"DTPS–2024: Rəqəmsal Transformasiya: Problemlər və Həllər" konfransı
27 May 2024-cü il tarixlərində Bakı şəhəri, Hilton otelində keçiriləcək “Rəqəmsal Transformasiya: Problemlər və Həllər” (DTPS-2024) konfransının məqsədi ölkəmizdə rəqəmsal transformasiya ilə bağlı problemlərin və onların həlli yollarının müzakirəsi, biznesin və elmin birgə iştirakı ilə rəqəmsallaşmanı fərqli bucaqlardan nəzərdən keçirmək və sinergetik effekt nəticəsində təmamilə yeni təcrübənin formalaşdırılmasına imkan yaratmaqdır. Digər tərəfdən, konfransın məqsədi müstəqil Azərbaycanda 30 il biznes kimi formalaşan və davamlı inkişaf edən yüksək texnologiyalar sektoruna baxışın keçirilməsidir. Yerli texnoloji biznesin də davamlı transformasiyası, yaxın illər üçün inkişaf strategiyasının müəyyən olunması da xüsusi bir müzakirə mövzusudur.
Bu istiqamətdə ölkəmizin gələcəyinə töhfə vermək üçün SİNAM MMC, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları universitetləri ilə keçiriləcək konfransa informasiya texnologiyaları və rəqəmsal transformasiya, intellektual sistemlər və bu sahələrlə əlaqəli digər elm sahələrində fəaliyyət alim və mütəxəssisləri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Qərbi Azərbaycan İcması, Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyi (AYNA), Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası və Dövlət Gömrük Komitəsinin Akademiyasının informasiya texnologiyaları ilə əlaqəli işçilərini elmi-praktiki konfransa dəvət edirik.
Konfransa təqdim olunmuş və Təşkilat Komitəsi tərəfindən seçilmiş məqalələr Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun “Problems of information society” jurnalında nəşr ediləcəkdir.
Konfransın işi aşağıdakı seksiyalar üzrə təşkil olunacaq:
- IoT texnologiyasına əsaslanan sənaye və kənd təsərrüfatı kiber-fiziki sistemləri (IoT-powered industrial and agricultural cyber-physical systems)
- Sənaye, biznes və kənd təsərrüfatında İntellektual İdarəetmə Sistemləri (Intelligence Control Systems in industry, business, and society)
- Ağıllı şəhərlər (kəndlər) və infrastrukturlar (modelləşdirmə, simulyasiya və inkişaf) (Smart cities (vilages) and infrastructures (modeling, simulation, and development)
- Ətraf mühit verilənlərinin analitik təhlili və qərararların qəbul edilməsini dəstəkləyən kompyuter və informasiya sistemləri (Environmental data analytics and decision-making support computer and informatopn systems)
KONFRANS GÜNDƏLİYİ