Azenru

“Elektron hökumət” quruculuğunda yeni bir inkişaf mərhələsi olan açıq məlumatlarla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən hazırlanmış www.data.gov.az – “Açıq Hökumət Məlumatları” portalının təqdimat mərasimi keçirilib.

“E-government 3.0 – Açıq hökumət, açıq məlumatlar, açıq servislər” mövzusuna həsr olunmuş tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ilk növbədə 2014-cü ildə əldə edilən nailiyyətlərdən söz açıb.

Eyni zamanda istifadəçilərin rəyi nəzərə alınmaqla, www.data.gov.az portalının daima təkmilləşdirilməsi nəzərdə tutulur və bunun üçün “Elektron hökumət” portalında yaradılmış “Əks əlaqə”, “E-gov Fikir bankı” bölmələrindən istifadə olunacaq.

Tədbirdə ƏƏSMN-in, DGK-nin rəsmilərinin və müxtəlif özəl şirkətlərin nümayəndələrinin çıxışları da səslənib. Hər bir qurum tərəfindən “Elektron hökumət” quruculuğu sahəsində görülən işlər barədə məlumat verilib.

Sonda www.data.e-gov.az portalının təqdimat mərasimi çərçivəsində açıq məlumatlar üzrə müsabiqə elan olunub. Müsabiqənin şərtləri barədə “Elektron hökumət” portalından və www.data.e-gov.az saytından məlumat əldə etmək olar.

Tədbir yekunlaşdıqdan sonra tədbir iştirakçılarına “Elektron hökumət” portalına daxil olmaq üçün kod/parollar təqdim edildi.

Инновационное программное обеспечение

Наши Партнеры