Azenru

Portativ Naviqasiya Sistemi

Azərbaycanda ilk rəsmi portativ naviqasiya sisteminin yaradılması üçün PND qurğularının (naviqatorların) istehsalçılarının, bu qurğular üçün olan proqram təminatlarının yaradıcılarının müəyyən edilməsi, eləcə də, naviqasiya, obyekt və ünvanlar üzrə axtarış imkanları olan ətraflı Azərbaycan xəritəsinin olması zərurəti meydana çıxdı.

Bununla bağlı olaraq, layihə çərçivəsində aşağıdakı işlər görülmüşdür:

  • Proqram təminatı yaradıcılarının seçilməsi və onlarla danışıqların aparılması;
  • PND qurğularının istehsalçılarının seçilməsi və onlarla danışıqların aparılması, qurğuların proqram təminatlarının yaradıcıları ilə razılaşdırılması;
  • Proqram təminatı yaradıcılarının xəritə ilə bağlı tələblərinin müəyyən edilməsi;
  • Verilənlərin daxil edilməsi və lazımi formata keçirilməsi üçün işçi prosedura və vasitələrin işlənib hazırlanması;
  • Küçə və yol adlarının (eləcə də xəritədə olan bütün adların) 3 dilə –Azərbaycan, ingilis və rus dillərinə tərcümə edilməsi;
  • Proqram təminatı və xəritənin qəbul edilməsi, qurğuda quraşdırılması və testdən keçirilməsi;

Bu həll aşağıdakı maraqlı xüsusiyyətlərə malikdir:

  • Yerli xüsusiyyətlərə malik ünvanlaşdırmanı Avropa tipli ünvanlaşdırma ilə əvəz eləmək üçün ünvanların avtomatik olaraq binalardan müvafiq küçələrə keçirilməsi alqoritminin yaradılması və tətbiq edilməsi. Bu, yerli ünvanlaşdırmada qərbdə hazırlanmış proqram təminatlarından istifadə edilməsinə imkan verir.
  • Yol və küçə adlarının, eləcə də evlərin nömrələrinin və istənilən tipdə olan ünvanların (məsələn, məhəllə / evin nömrəsi) standartlaşdırılması;
  • Verilənlərin bütün emal mərhələlərində Azərbaycan dilində olan mətnlərlə bağlı problemin aradan qaldırılması;
  • Verilənlərin keyfiyyətinin dəyişdirilməsi və yoxlanılması üçün avtomatik sistemin yaradılması;
  • Mobil aparatlarda böyük xəritələrlə işləməni təmin etmək üçün faylın həcminin optimallaşdırılması;
  • Xəritələrin hazırlanması prosesi müntəzəm qaydada müvəffəqiyyətlə davam etdirilməkdədir.

Seçmə Proqram Təminatı

Partnyorlarımız