Azenru

Azərbaycan poçtu işçi heyətinin distant tədrisi sistemini tətbiq edir

“Azərpoçt” MMC-nin Poçt rabitəsi şöbəsi distant tədris sisteminə (e-learning) qoşulur.

Layihə Dünya Bankının “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas komponenti ölkənin poçt şəbəkəsinin modernləşdirilməsidir. Distant system bankın Tədris Mərkəzi ilə birlikdə tətbiq edilir və əhaliyə maliyyə xidmətlərinin göstərilməsində MMC-nin işçi heyətinin biliklərinin artırılması üçün treninqlərin keçirilməsini nəzərdə tutur.

Proqram təminatının tədarükçüsü SINAM şirkətidir. E-learning proqramı poçt operatorunun baş ofisində quraşdırılacaq. Müvafiq kurslar keçiriləcək və yekunda imtahanlar təşkil ediləcək.

Seçmə Proqram Təminatı

Partnyorlarımız