Azenru

SİNAM şirkəti Azərbaycanda torpaqların elektron kadastrının yaradılması üzrə tenderdə iştirak edir

SİNAM şirkəti DATUM MMC ilə Konsorsium yaradaraq “Azərbaycanda Torpaqların elektron kadastr uçotu sisteminin formalaşdırılması məqsədi ilə ölkənin 3.19 mln. ha ərazisi üçün (digər layihələr çərçivəsində ərazilərində mükəmməl kadastr işləri aparılmış bir sıra rayon, şəhər və qəsəbələrin əraziləri istisna olmaqla) torpaqlar barəsində elektron kadastr məlumat bazasının yaradılması, rəqəmsal kadastr xəritəsinin tərtibi və 1.30 mln. ha sahədə pay torpaqlarının islahat sənədlərindəki məkan göstəriciləri ilə faktiki (naturadakı) yerləşmə vəziyyətini əks etdirən məkan göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması Layihəsi” üzrə keçirilən tenderdə iştirak edir.

16 fevral tarixində tender təkliflərin açılışı keçirilmişdir.  “SİNAM MMC-Datum MMC” konsorsiumundan başqa tenderdə həmçinin aşağıdakı şirkətlər iştirak edir:

1)    “Eraslanlar mühendislik Mimarlık İnşaat Taahhüt Sanayi Ticaret LTD” (Türkiyə),

2)    “MAPGIS İmar İnşaat Müh.Müş.Tic.” (Türkiyə),

3)    “Ana-Kent Planlama Yapı Yatırım Teknoloji Danışmanlık Turizm Enerji Sanayi ve Tic. AŞ.” (Türkiyə),

4)    “Kutlubey Harita inşaat Mühendislik Sanayi Ticaret” (Türkiyə).

Tender iştirakşılarının arasında Azərbaycanı yeganə olaraq yerli şirkətlərdən ibarət “SİNAM MMC-Datum MMC” konsorsiumu təmsil edir. Azərbaycan şirkətlərinin konsorsiumunun subpodratçısı “Azerkosmos” ASC-dir.

SİNAM-ın təklifinin dəyəri tenderin digər iştirakçılarının təkliflərinin dəyərindən 2 dəfədən çox aşağıdır.

Xəbərlər

Seçmə Proqram Təminatı

Partnyorlarımız