Azenru

“Yeni doğulmuş uşaqlara Fərdi İdentifikasiya Nömrələrinin (FİN) verilməsi layihəsi”

Müştəri/Layihənin müddəti

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi/2015-2016

Layihənin məqsədi

Sistemin yaradılmasında məqsəd doğum evlərində və dogum evlərindən kənarda yeni doğulmuş körpələrə dərhal FİN-lərinin verilməsi və sonradan həmin FİN-lərinin İdentifikasiya məqsədi ilə istifadəsinin təmin edilməsidir

Həll

  • Web əsaslı proqram təminatı
  • Məlumatların çevik şəkildə axtarışını təmin edən asan istifadəçi interfeysi
  • Dövlət, özəl təşkilatlar və vətəndaşlar üçün Sistemdən e-imzanın tətbiqi ilə istifadəni təmin edən və FİN sisteminə inteqrasiya olunmuş SINAM e-İmza həlli

Sistem necə işləyir?

  • Yeni doğulmuş uşaqlara VESKS kodu verilir
  • Verilmiş VESKS kodunun əsasında yeni doğulmuş uşaqlar üçün PIN kod generasiya olunur
  • Yeni doğulmuş uşaq üçün Doğum Şəhadətnaməsi alınır

FİN-nin generasiyası prosesində Sistem aidiyyatı olan bütün dövlət təşkilatlarının qarşılıqlı əlaqəsini təmin edir.

Sistemin tətbiqindən alınan fayda

  • Ən müasir İKT texnologiyalarının tətbiqi ilə FİN-lərin generasiyası prosesinin avtomatlaşdırılması
  • E-Hökumət potensialının gücləndirilməsinə dəstək
  • Təşkilatların və vətəndaşların tələbatlarının ödənilməsi

Sistem istifadəçiləri

  • Dövlət, özəl təşkilatlar və vətəndaşlar

Seçmə Proqram Təminatı

Partnyorlarımız