ASAN Ödəniş sisteminin Hökumət Ödəniş Portalı (HÖP) infrastrukturuna inteqrasiyası
Müştəri/Layihənin müddəti
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi/2014-2015
Layihənin məqsədi
ASAN-da fəaliyyət göstərən dövlət orqanları üzrə ödənişlərin bank və İnternet vasitəsilə qəbulunun və Hökumət Ödənış Portalı vasitsilə ödənişinin təmin edilməsi
Həll
- ASAN Ödənişin (ASAN Pay) HÖP-lə inteqrasiysını təmin edən proqram təminatı
- Bankların işçi yerləri üzrə proqram təminatı
- Administrativ idarəetmə və hesabatlılıq üzrə proqram təminatı
HÖP vasitəsilə ASAN ödəniş prosesinin təsviri
- Ödəyici və borc məlumatları dəqiqləşdirilir
- Ödənişin aid olduğu ASAN Xidmət Mərkəzi seçilir
- Ödənişin avtorizasiyası icra edilir
- Ödəniş məlumatları ödənişin aid olduğu təşkilatın və ASAN XM-nin informasiya sisteminə göndərilir
Sistemin tətbiqindən alınacaq fayda
- Müxtəlif təşkilatlar üzrə konsolidə olunmuş şəkildə ödənişlərin qəbulunun həyata keçirilməsi imkanının təmin olunması
- Ödənışın aparılması üçün ən müasir İKT texnologiyalarının tətbiqi və bunun nəticəsi olaraq asan və təhlükəsiz ödənişin təmin olunması
- Ödənişi həyata keçirən fiziki və hüquqi şəxslərin vaxt itkisinin azaldılması
- Nağd pulla ödənişlərin azaldılması üzrə hökumət qərarlarının dəstəklənməsi
Sistem istifadəçiləri
Fiziki və hüquqi şəxslər