Azenru

ASAN e-Sənəd dövriyyəsi və ASAN Vətəndaş Müraciəti sisteminin yaradılması üçün konsepsiyanın hazırlanması

Müştəri/Layihənin müddəti

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi/2016-2017

Layihənin məqsədi

ASAN e-Sənəd dövriyyəsi və ASAN Vətəndaş Müraciəti sisteminin yaradılmasında əsas məqsəd vətəndaşların ASAN Xidmət mərkəzlərinə müraciətlərinin və qurumdaxili aparılan işlərin asanlaşdırılmasıdır. Nəticədə, vətəndaşlar əlavə vaxt itkisi olmadan və ASAN Xidmət mərkəzlərinə getmədən lazım olan bütün sənədlərin skan variantlarını Portala yükləmək və eləcə də lazım gələrsə dövlət rüsumunu online odəmək imkanından istifadə edərək ASAN xidmətə müraciət edə biləcəkdir.

Bununla da həm vətəndaşlar tərəfindən, həm də dövlət qurumu tərəfindən əlavə xərclərin qarşısı alınacaqdır. Müraciətin nəticəsi hazır olduqda vətəndaş yalnız bir dəfə dövlət qurumuna yaxınlaşaraq və ya əlavə kuryer xidmətindən istifadə edərək tələb etdiyi sənədlərini əldə edəcək.

Təklif olunan həll

Vətəndaşların müraciətlərinin ASAN Xidmət mərkəzlərinə getmədən elektron qaydada həyata keçirilməsi üçün EMC Documentum platformasında Elektron Sənəd Dövriyyəsinin tətbiqi ilə Veb-servislərin yaradılması təklif olunur.

Sistem necə işləyəcək?

  • Vətəndaş portalda xidməti seçir
  • Xüsusi müqaciət formasını doldurur
  • Müracıəti elektron imza ilə imzalıyır və sistem vasitəsilə göndərir
  • ASAN ofisində çalışan aidiyyəti nüməyəndəsinin xüsusi iş stansiyasına vətəndaşdan müraciət daxil olunur
  • Təşkilatın nümayəndəsi müraciəti portala qoşulmuş xüsusi iş stansiyasında qəbul edir və öz təşkilatının sistemində qeydiyyatdan keçirir (vətəndaşa bu zaman portalda status qeydiyyata alınmış kimi görünür)
  • Cavab hazır olduqda təşkilatın nümayəndəsi portalda müraciətin statusunu dəyişir

Sistemin tətbiqindən alınan fayda

  • ASAN xidmət mərkəzlərinə baş çəkən vətəndaşların sayı azalacaq və bunun nəticəsi olaraq mərkəzlərdə əhalinin toplanması ilə bağlı gərginlik azalacaq
  • Vətəndaşlar tərəfindən ASAN Xidmət mərkəzlərində növbələrdə keçirilən vaxt itkisinin qarşısı alınacaq
  • Həm vətəndaşlar, həm də dövlət qurumları tərəfindən müraciətlərlə əlaqədar xərclər azalacaq
  • Vətəndaşların tələbatları daha effectiv şəkildə ödəniləcək

Müştərilər

  • Vətəndaşlar

e-Sənəd Dövriyyəsi sistemi vasitəsilə ASAN Müraciət prosesinin sxemi

Seçmə Proqram Təminatı

Partnyorlarımız