Struktur
SİNAM - özünün texnologiya məhsullarını və həllərini tətbiq etməkdə unikal praktiki təcrübəyə malik olan peşəkarlar komandasıdır. Yüksək ixtisaslı mühəndisləri, proqramçıları, şəbəkə və telekommunikasiya sistemləri üzrə ekspertləri, menecerləri şirkətin intellektual potensialının əsasını təşkil edir. 30-dan artıq mütəxəssisimiz müvafiq təlimlər keçərək avadanlıq və proqram təminatı istehsalçıları tərəfindən sertifikatlaşdırılıb.
Biz həmçinin gənc və təcrübəsiz mütəxəssisləri layihələrin erkən mərhələlərində onların icrası ilə əlaqədar işlərə cəlb edirik.
Sistem inteqrasiyası və proqramlaşdırma mərkəzi:
Bu şöbənin əsas fəaliyyət sahəsinə sistem inteqrasiyası, qabaqcıl informasiya texnologiyalarının istifadəyə verilməsi, ixtiyari avadanlıq platformaları və onlar əsasında qurulmuş şəbəkələr üçün proqram təminatlarının yaradılması və quraşdırılması, eləcə də müasir vasitələrdən istifadə etməklə sifarişçinin fərdi tələblərinə uyğunlaşdırılmış proqram həllərinin hazırlanması, veb-səhifələrin dizaynı və İnternetdə yerləşdirilməsi daxildir.
Texniki mərkəz:
SİNAM şirkətinin fəaliyyətinin digər əsas aspektlərinə kompüter və ofis avadanlıqlarına texniki dəstək göstərmək, zəmanət və zəmanətdən sonrakı dövrdə "qaynar xətt" rejimində texniki xidmət təmin etmək, lokal və qlobal hesablama şəbəkələri və strukturlaşdırılmış kabel sistemləri quraşdırmaq və onlara xidmət göstərmək daxildir. Şirkətin müştəriləri arasında dövlət orqanlarına, bank sektoru nümayəndələrinə, yerli və xarici şirkətlərə və eləcə də təhsil müəssisələrinə rast gəlmək mümkündür.
Azərbaycan Respublikasını kompüter və ofis avadanlıqları ilə təchiz edən bir sıra xarici şirkətlərin öz texnikaları ilə əlaqədar servis xidmətlərini SİNAM şirkətinə həvalə etməsi faktı şirkətin böyük nüfuzundan xəbər verir.
Şirkətin mütəxəssisləri günün 24 saatı kompüter texnikasına, ofis avadanlıqlarına və şəbəkələrə xidmət göstərir.
Satış şöbəsi:
Şöbənin fəaliyyətinin əsas istiqaməti müştərilərini Avropa, Asiya və Amerikadan olan dünyanın aparıcı istehsalçılarının avadanlıq və proqram təminatı ilə təchiz etməkdir. Şöbə həmçinin avadanlıq və proqram təminatı təchizatı üzrə müxtəlif tenderlərə hazırlıq funksiyalarını da həyata keçirir. Şöbənin mütəxəssisləri təchizatçı tərəfdaşlarla qarşılıqlı əlaqələrin yaradılması və yeni müştərilərin cəlb edilməsi ilə məşğul olurlar.